14 Noyabr 2023, 14:21
FUTBOL
O, Romada klubun rəhbəri Aurelio De Laurentislə də görüşüb. Xorvatiyalı mütəxəssis əvvəlcə uzunmüddətli müqavilə təklifi gözləsə də, sonda qarşı tərəfin 1 illik sözləşmə təklifini qəbul edib.
“Napoli”nin yeni baş məşqçisi müəyyənləşmək üzrədi. Matc.az xəbər verir ki, “Marsel”in sabiq çalışdırıcısı İqor Tudor tezliklə İtaliya klubunun sükanı arxasına keçə bilər.
O, Romada klubun rəhbəri Aurelio De Laurentislə də görüşüb. Xorvatiyalı mütəxəssis əvvəlcə uzunmüddətli müqavilə təklifi gözləsə də, sonda qarşı tərəfin 1 illik sözləşmə təklifini qəbul edib.
Tudor və meneceri hazırda İtaliyanın paytaxtında neapolluların yekun cavabını gözləyir. Baş məşqçi postuna başqa namizədlər də olduğu üçün Aurelio De Laurentis qərar verməyə tələsmir.
Qeyd edək ki, 45 yaşlı İqor Tudor 2017-ci ildə “Qalatasaray”ı çalışdırıb.