14 Noyabr 2023, 14:33
FUTBOL
“Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor Norveç millisindən kənarda qalıb. Matc.az xəbər verir ki, buna səbəb 24 yaşlı futbolçunun beyin siklələnməsi keçirməsidi.
Məşq zamanı top Edeqorun üzünə dəydiyi üçün o, “Arsenal”ın 3 oyununu - “Nyukasl” (0:1), “Sevilya” (2:0) və “Bernli” (3:1) ilə görüşləri buraxmışdı. Orta sahə oyunçusunun ombasında da yüngül zədə var. O, yığmanın Farer adaları və Şotlandiya ilə matçlarında iştirak edə bilməyəcək.
Edeqorun beynəlxalq fasilədən sonra London klubu ilə məşqlərə başlaması gözlənilir.