14 Noyabr 2023, 15:54
FUTBOL
"Təşəkkür etmək istədiyim o qədər insan var ki. Bizi dəstəkləyən həmin şəxslər böyük ürəyə sahibdilər. Onların bu hərəkəti bizim üçün böyük məna verir"
İsveç yığmasının baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla səfər oyununda azarkeş dəstəyi altında çıxış edəcəklərini açıqlayıb. Matc.az xəbər verir ki, 61 yaşlı mütəxəssis Belçikadan ölkəmizə bir qrup fanatın gələcəyini bildirib.
O, həmin insanlara təşəkkür edib:
“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman hesab olunacaq. Təşəkkür etmək istədiyim o qədər insan var ki. Bizi dəstəkləyən həmin şəxslər böyük ürəyə sahibdilər. Onların bu hərəkəti bizim üçün böyük məna verir”.
Qeyd edək ki, Azərbaycan – İsveç oyunu noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.