"Yuventus" "Mançester Yunayted"in vingeri Ceydon Sanço ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Turin təmsilçisi yanvarda futbolçunu almağa cəhd edə bilər. "Yuventus" son günlər futbolçu ilə bağlı məlumat toplayır. Klub yalnız əmək haqqının qismən ödənilməsi ilə icarədə maraqlıdır.
Qeyd olunur ki, “Mançester Yunayted” futbolçunu satmağa üstünlük verəcək.
Xatırladaq ki, sentyabrda Sanço “Arsenal”la oyun üçün “Mançester Yunayted”in heyətinə daxil edilməyib. Baş məşqçi Erik ten Haq iştirak etməməsini futbolçunun məşqdə kifayət qədər fədakar olmaması ilə izah edib. Sanço açıq şəkildə ten Haqın ifadəsi ilə razılaşmayıb və sonra məşqçidən üzr istəməkdən imtina edib. Bundan sonra Ceydon əsas komanda ilə məşqdən kənarlaşdırılıb.