İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker “Bavariya”nın hücumçusu Harri Keynin çıxışını yüksək qiymətləndirib.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Keçən gün Keyn daha iki qol vuranda düşünürdüm ki, onun Bundesliqanın 11 turunda 17 qolu var. O, artıq son Almaniya çempionatının bombardirini qabaqlayır. İnsanlar onun performansının birdən artdığını görür və sonra deyirlər: “Bu liqada oynamaq daha asandır”. Məncə, belə deyil. Düşünürəm ki, o hansı komandada oynasa eyni çıxış edəcək. Keyn hər komandada eyni çıxışı göstərə biləcək potensiala malikdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest