19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxıb.
 
Matc.az xəbər verir ki, yığma bu dəfə ev görüşünə çıxıb. Qızlarımız Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb. Bununla həm Moldova, həm də Azərbaycan yığması seçmə mərhələdə ilk xalını qazanıb.
 
Qeyd edək ki, 3 turdan sonra Sloveniya 9 xalla qrupa başçılıq edir. İkinci pillədəki Kosovonun aktivində 6 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest