PSJ-nin qapıçısı Canluici Donnarumma Çempionlar Liqasının qrup mərhələsinin oyunu zamanı "Milan" azarkeşlərinin hərəkətindən (2:1) danışıb.
 
Matc.az xəbər verir ki, oun başlamazdan əvvəl "Milan" azarkeşləri italyan qapıçıya qarşı saxta əskinaslar atmağa başlayıblar. Eyni zamanda, futbolçunun özü də “Dollarumma” yazısı olan əskinasların üzərində təsvir edilib. Milanlı azarkeşlər hələ də qapıçının 2021-ci ildə klubu tərk etməsini bağışlaya bilməyiblər. Qolkiper bu barədə yerli mətbuata açıqlama verib: “Əlbəttə, asan olmadı. Meydanda hər şeyinizi verirsiniz, heç nədən fikriniz yayınır. Matçdan sonra getdikcə daha aydın hiss etməyə başlayırsan ki, sevilmirsən. Bəzi emosiyalar yaranır. İstəməzdim elə hiss edim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest