"Mançester Siti"nin sabiq futbolçusu Riyad Mahrez "Əl-Əhli"yə keçmək təəssüratlarını bölüşüb.

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətuata açıqlama verib: “Mən özüm ayrılmaq qərarına gəldim. Müqaviləmin bitməsinə daha iki il qalmışdı. Qala bilərdim. Amma hiss etdim ki, “Əl-Əhli”yə getmək fürsəti bir daha gəlməyəcək. Getmək üçün doğru vaxt idi. Klubda beş il keçirdim və hər şeyi qazandım. Mənə müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanında 4 illik müqavilə təklif etdilər. Üstəlik, bu yeni çağırış, yeni layihədir. Buna görə də komandadan ayrılmaq qərarına gəldim. Bu qərarda xüsusi bir şey yox idi. Məndə yarımçıq bəzi işlərin dadı qaldı. Çempionlar Liqasında nə yarımfinalda, nə də finalda oynamışam”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest