"Bavariya"nın qapıçısı Manuel Noyer həndbolçu Anika Bissellə evlənib.

Matc.az xəbər verir ki, 37 yaşlı alman qolkiper və onun 23 yaşlı sevgilisi noyabrın 12-də Teqersee şəhərində gizli nikah bağlayıblar. Mərasim 20 dəqiqədən çox çəkməyib. Toy ən yaxın dostların və ailənin əhatəsində baş tutub. 20 qonaq bələdiyyə binasının birinci mərtəbəsindəki kiçik şadlıq sarayında yerləşdirilib. Məşhur sosial şəbəkədəki profilində idmançı soyadını Noyer olaraq dəyişib. Futbolçunun həyat yoldaşının hamilə olduğu da bildirilir.

Noyer 2019-cu ilin sonunda keçmiş həyat yoldaşı Ninadan ayrılıb və tezliklə Bissel ilə münasibət qurmağa başlayıb. Anika ikinci divizion klubu “Reqensburq”da həndbol oynayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest