15 Noyabr 2023, 10:31
FUTBOL
47 yaşlı mütəxəssis 2023-24 mövsümü başa çatdıqdan sonra yığmanın sükanı arxasına keçəcək. O, Paris-2024 Yay Olimpiya Oyunlarının başlamasına iki ay qalmış millidəki fəaliyyətinə start verəcək.
“Çelsi”nin baş məşqçisi Emma Heyz qadınlardan ibarət ABŞ millisini çalışdıracaq. Matc.az xəbər verir ki, yerli federasiya onun təyinatını artıq açıqlayıb.
Lakin 47 yaşlı mütəxəssis 2023-24 mövsümü başa çatdıqdan sonra yığmanın sükanı arxasına keçəcək. O, Paris-2024 Yay Olimpiya Oyunlarının başlamasına iki ay qalmış millidəki fəaliyyətinə start verəcək. Komanda olimpiadadan əvvəl iyun və iyul aylarında onun rəhbərliyi altında yoldaşlıq görüşləri keçirəcək.
Qeyd edək ki, hazırda hazırda ABŞ millisini Tuila Kilqor çalışdırır. O, yayda Emma Heyzin köməkçisi olacaq.