“Barselona”nın vingeri Rafinya İngiltərəyə qayıda bilər. Matc.az xəbər verir ki, Premyer Liqanın 2 klubu Braziliya millisinin üzvünü istəyir.
 
Onlardan biri “Çelsi”, digəri isə “Nyukasl”dı. London təmsilçisi 26 yaşlı oyunçunun keçidi ilə bağlı danışıqları bərpa etməyi nəzərdən keçirir. “Nyukasl” isə güclü maliyyə dayağına arxalanır.
 
Qeyd edək ki, Rafinya “Barselona”ya ötən il “Lids”dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest