15 Noyabr 2023, 11:48
FUTBOL
Avropa çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Siyahıya Kriştiano Ronaldo başçılıq edir. O, Portuqaliya millisinin heyətində 40 dəfə seçmə, 14 dəfə isə final mərhələsində fərqlənib.
Avropa çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Matc.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (İFFHS) istinadən xəbər verir ki, oyunçuların həm seçmə, həm də final mərhələlərindəki qolları nəzərə alınıb.
Siyahıya Kriştiano Ronaldo başçılıq edir. O, Portuqaliya millisinin heyətində 40 dəfə seçmə, 14 dəfə isə final mərhələsində fərqlənib. Ronaldo ümumilikdə 54 topla ən yaxın izləyicisi Robert Levandovskini ikiqat üstələyir.
1. Kriştiano Ronaldo (Portuqaliya) – 54 qol
2. Robert Levandovski (Polşa) - 27
3. Harri Keyn (İngiltərə) - 26
4. Zlatan İbrahimoviç (İsveç) - 25
5. Romelu Lukaku (Belçika) - 23
6. Robbi Kin (İrlandiya) – 23
7. Yon Dal Tomasson (Danimarka) – 22
8. Yan Koller (Çexiya) – 21
9. Hakan Şükür (Türkiyə) – 21
10. Ueyn Runi (İngiltərə) – 20
11. Davor Şuker (Yuqoslaviya, Xorvatiya) – 20