AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq İsveç yığması Bakıya itkilərlə gəlib. Matc.az xəbər verir ki, Skandinaviya komandasının 3 oyunçusu səfər ərəfəsində heyətdən çıxarılıb.
 
Müdafiəçilər Emil Holm, Lüdviq Auqustinsson və hücumçu Entoni Elanqa zədə ucbatından komandanı tərk etməli olub. Baş məşqçi Yanne Andersson əvəzində müdafiəçilər İsak Hienlə Niklas Hultu heyətə cəlb edib.
 
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest