“Milan" hücumçusu Olivye Jirunu itirib. Matc.az xəbər verir ki, fransalı forvard 2 oyunluq diskvalifikasiya olunub.
 
Buna səbəb ulduz futbolçunun A seriyasının XII turunda “Leççe” ilə görüşdə hakim Rosario Abissonu təhqir etməsi olub.
 
2:2 hesabı ilə başa çatan matçın 90+3-cü dəqiqəsində sarı vərəqə alan Jiru referini təhqir etdiyi üçün meydandan qovulub. O, “Fiorentina” və “Frosinone” ilə oyunları buraxacaq.
 
Qeyd edək ki, Olivye Jiru bu mövsüm bütün turnirlərdə 15 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest