II Liqanın XI turunun “Göygöl” – “Şəmkir” oyununda rekord qeydə alınıb. Bu, cari mövsümünün ən məhsuldar görüşü olub. Belə ki, birincilərin 8:2 hesablı qələbə qazandığı qarşılaşmada 10 qol vurulub.

II Liqanın XI turunun “Göygöl” – “Şəmkir” oyununda rekord qeydə alınıb. Matc.az xəbər verir ki, bu, cari mövsümünün ən məhsuldar görüşü olub.
 
Belə ki, birincilərin 8:2 hesablı qələbə qazandığı qarşılaşmada 10 qol vurulub. Bu mövsüm indiyə qədər heç bir matçda 10 qol həddinə çatmaq mümkün olmamışdı.
 
Buna qədər rekord 9 qolun vurulduğu “Kür-Araz”  - “Kürmük Qax” (6:3) və “Şahdağ Qusar” – “Dinamo” (9:0) oyunlarına məxsus idi. Hər iki görüş II Liqa çərçivəsində olub.
 
Sonuncu dəfə ötən mövsüm bir oyunda 10 və daha çox qol qeydə alınıb. Bu da martda keçirilən “Turan Tovuz-2” – “Araz-Naxçıvan” (5:6) qarşılaşmasında baş verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest