15 Noyabr 2023, 13:21
FUTBOL
2023/24 mövsümündə İngiltərə Premyer Liqasında ən az qol buraxan komandaların adları açıqlanıb. "Arsenal" və "Liverpul" qapılarından 10 qol buraxıblar və birinci olublar.
2023/24 mövsümündə İngiltərə Premyer Liqasında ən az qol buraxan komandaların adları açıqlanıb. Matc.az xəbər verir ki, "Arsenal" və "Liverpul" qapılarından 10 qol buraxıblar və birinci olublar.
Son çempion "Mançester Siti" 2-ci (12 qol), "Nyukasl" 3-cü (13 qol), "Tottenhem" isə 4-cü (15 qol) olub.
Xatırladaq ki, İngiltərə çempionatının turnir cədvəlinə 28 xalla "şəhərlilər" başçılıq edir. "Liverpul" və "Arsenal" 12 turdan sonra 27 xal toplayıblar. Onlar müvafiq olaraq, 2-ci və 3-cü pillələri bölüşdürürlər.