"Barselona"nın sabiq futbolçusu Kevin-Prins Boatenq Pep Qvardiola ilə Roberto de Zerbi haqda danışıb. Matc.az xəbər verir ki, o, 
 
"Əgər De Zerbini 10-12 il öncə tanısaydım, fərqli futbolçu kimi yetişə bilərdim. Mənim fikrimcə o, qarşıdakı 20-30 ilin ən yaxşı məşqçisidir. İtaliyalı bütün futbolçularını təkmilləşdirir: komandanın ikinci qapıçısından tutmuş əsas hücumçusuna qədər hamısını. O, Qvardioladan da yaxşı çalışdırıcıdır".
 
36 yaşlı Boatenq karyerası ərzində Almaniyanın "Herta", "Şalke", "Ayntraxt", "Borussiya" (Dortmund); İngiltərənin "Tottenhem"; İspaniyanın "Barselona", "Las Palmas"; İtaliyanın "Cenoa", "Milan", "Sassuolo", "Fiorentina", "Montsa" və Türkiyənin "Beşiktaş" klublarında top qovub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest