"Atletiko"nun baş məşqçisi Dieqo Simeone məşqçilik karyerası ilə bağlı fikir bildirib. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis yığma komandada çalışmayacağını deyib:
 
"Başqa komandada çalışacağımı istisna etmirəm. Məncə, bu, gec-tez reallaşacaq. Hansısa milli komandanın "sükanı arxasına" keçmək? Xeyr, bu baş verməyəcək. Çünki yığmada çalışmaq çox çətindir".
 
53 yaşlı təcrübəli mütəxəssis 2011-ci ilin dekabrından Madrid təmsilçisini çalışdırır. Bir neçə gün öncə onunla 2027-ci ilin yayına qədər yeni müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest