15 Noyabr 2023, 15:21
FUTBOL
"Mançester Siti"nin sabiq yarımmüdafiəçisi, hazırda "Çelsi" forması geyinən Koul Palmer London təmsilçisinə keçidindən danışıb. Matc.az xəbər verir ki, ingiltərəli futbolçu karyerası ilə bağlı vacib qərar verdiyini düşünür:
"Pep Qvardiola əla məşqçidir. Mənim üçün etdiklərinə görə ona həmişə minnətdar olacağam. "Çelsi"yə keçməklə bağlı qərar vermək asan olmadı. Lakin bunun karyeram üçün daha yaxşı olacağını düşündüm. Məncə, vacib addım atdım".
Palmer "Mançester Siti"nin yetirməsidir. O, "zadəganlar"ın heyətində cari mövsüm 10 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.