15 Noyabr 2023, 15:44
FUTBOL
İspaniya millisinin və "Atletiko"nun hücumçusu Alvaro Morata "qızıl top" mükafatı barədə fikir bildirib. Matc.az xəbər verir ki, o, millidəki komanda yoldaşı, "Mançester Siti"nin üzvü Rodri Hernandesin həmin mükafata layiq olduğunu söyləyib:
"Həmin mükafat haqqında düşünmürəm. İstəyim "Atletiko"da uğurlu mövsüm keçirməkdir. Fərdi mükafatlar qazanmaq istərdim, amma Rodri buna daha çox layiqdir. İspaniya yığması ilə AVRO-2024-ün final mərhələsinə vəsiqəni təmin etmişik. Bu, asan başa gəlmədi".
Morata cari mövsüm İspaniya La Liqasında "Atletiko"nun heyətində 11 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, cari mövsüm "qızıl top"u Argentinanın və "İnter Mayami"nin forvardı Lionel Messi qazanıb.