15 Noyabr 2023, 16:24
FUTBOL
“Martda Azərbaycan millisinə qarşı oynamışdıq”. Matc.az saytı xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson deyib.
61 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində sabah Azərbaycan millisinə qarşı keçiriləcək görüşü dəyərləndirib. O, hədəflərinin aktivlərinə 3 xal yazdırmaq olduğunu vurğulayıb: “İlk görüşün birinci hissəsində çətinliklə üzləşmişdik. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da bizi çətin oyun gözləyir”.
Baş məşqçi “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hekken”lə eyni qrupda yer almalarına da münasibət bildirib: “Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Hekken” sonluğu uğurlu başa vuracaq”.