15 Noyabr 2023, 16:30
FUTBOL
“Təəssüf ki, final mərhələsinə çıxmaq şansımız yoxdur. Buna baxmayaraq, sabahkı oyuna eyni mentalitetlə çıxacağıq”. Matc.az saytı xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Viktor Lindelöf deyib.
29 yaşlı müdafiəçi AVRO-2024-ün seçmə mərhələsində sabah Azərbaycan millisinə qarşı keçiriləcək görüşü dəyərləndirib: “Rəqibə qarşı uğurlu çıxış edib, onlara çətin anlar yaşatmaq istəyirik. Hədəfimiz əvvəlki matçlarda olduğu kimi, bu dəfə də qələbə qazanmaq olacaq”.
Müdafiəçi səfərdə oynamağın onlara çətinlik törədəcəyini gizlətməyib: “Səfərdə oynamaq həmişə çətindir. Sabah azarkeşlər də rəqibi dəstəkləyəcəklər. Düşünmürəm ki, bu bizim üçün problem olacaq. Həm yaxşı atmosferi, həm də bunun gətirəcəyi çətinliyi səbirsizliklə gözləyirik”.