15 Noyabr 2023, 18:16
FUTBOL
“İsveçdəki məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. Ağır məğlubiyyət oldu"
“Yaxşı komandaya qarşı oynayacağıq”.
Matc.az saytı xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib. 31 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsində sabah İsveçə qarşı keçiriləcək görüşü dəyərləndirib: “Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək. Hər matçda qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq”.
O, səfərdəki məğlubiyyətinin əvəzini çıxmaq istədiklərini bildirib: “İsveçdəki məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. Ağır məğlubiyyət oldu. Bunu əvəzini çıxmağa çalışacağıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq”.