15 Noyabr 2023, 18:55
FUTBOL
“Atletiko”nun və "Mançester Yunayted"in keçmiş qapıçısı David De Xea İspaniyanın "Eldense" komandası ilə danışıqlar aparıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçu klubun sahibi Paskual Peres ilə danışıqlar aparıb və komandanı almaq istəyini bildirib. Peres klubu satmaq niyyətini sentyabrda açıqlamışdı. De Xea 2019-cu ildə “Elçe”ni almağı düşünsə də, komandaya investisiya qoymamağı seçdi. “Eldense” 15 turdan sonra 22 xalla Sequndada 11-ci yerdədir. Klub 1921-ci ildə yaradılıb və heç vaxt La Liqaya vəsiqə qazanmayıb.
Qeyd edək ki, De Xea 2023-cü ilin iyulunda “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent olaraq qalır.