"Bavariya"nın idman direktoru Kristof Freund yarımmüdafiəçi Leroy Sanenin nümayəndələri ilə müqavilənin uzadılması ilə bağlı məlumatı şərh edib.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Leroy Sane ilə yeni anlaşma ilə bağlı danışıqların baş tutmadığı barədə xəbərlər saxtadır. Sane hazırda "Bavariya"da olduğu müddətdən bəri ən yaxşı formasını nümayiş etdirir. O, komandanın gələcəyini qurmaq istədiyimiz oyunçulardan biridir”.

Qeyd edək ki, daha əvvəl Sanenin "Real", "Barselona" və "Liverpul"la maraqlandığı barədə məlumatlar yayılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest