“Mançester Yunayted"in baş direktoru Riçard Arnold tutduğu vəzifəni tərk etmək qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Patrick Stevart CEO vəzifəsində çalışacaq və eyni zamanda Baş Müşavir vəzifəsini qoruyacaq. Arnold işləri dekabrın sonuna qədər təhvil verəcək. Rəhbərlik dəyişikliyi Cim Ratkliffin “Ineos Sports” şirkəti tərəfindən “Mançester Yunayted”in 25%-lik payını alması ilə bağlıdır. Arnold 2007-ci ildən "Mançester Yunayted"də çalışır. O, Ed Vudvordun gedişindən sonra keçən ildən baş direktor vəzifəsini tuturdu. Arnoldun rəhbərliyi altında “Mançester Yunayted” altı ildə ilk kubokunu, Liqa Kubokunu qazanıb. həmçinin “Adidas” və “Qualcomm” ilə böyük kommersiya müqavilələri bağlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest