"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri komanda yoldaşı Erlinq Haalandın ötən mövsümün sonunda "Qızıl top"u almağa layiq olduğunu qeyd edib.

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Dünya çempionatı mövsümün ən vacib hadisəsidir. Buna əsaslansaq, İngiltərədə ilk mövsümündə bütün qol rekordlarını qıran və hər şeyi qazanan bir oğlan, açıq-aydın “Qızıl top” üçün mübarizə aparmalı idi. Onu alsa şad olardım, amma qərarı başqaları verir”.

Qeyd edək ki,  2022-2023 mövsümündə “Qızıl top”un qalibi Argentina millisi ilə Dünya Kubokunu qazanan Lionel Messi olub. "Mançester Siti" ilə trebl edən Haaland səsvermədə 2-ci olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest