Dörd uşaq anası qeyri-qanuni iş şəraitinə görə hücumçu Neymardan şikayət edib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Qadın iki ilə yaxındır ki, oyunçunun Parisətrafı qəsəbələrdəki evində rəsmi iş olmadan çalışıb. 35 yaşlı braziliyalı iddia edir ki, o, 2021-ci ilin yanvarından 2022-ci ilin oktyabrına kimi keçmiş PSJ oyunçusunun villasında həftənin yeddi günü “cəhənnəm rejimində” işləməli olub. Qadın ödənişi yalnız nağd şəkildə alıb və dördüncü övladının doğulmasına iki həftə qalmış işə getməyə məcbur olub. O, heç bir əlavə iş haqqı, ödənişli məzuniyyət və ya sağlamlıq xidməti almayıb. Çoxuşaqlı anası əmək məhkəməsinə şikayət edərək futbolçudan 368 min avro tələb edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest