“Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand "Bavariya"nın hücumçusu Harri Keynin çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Keyn artıq “Bayern” üçün üçüncü het-trikini edib. Hər dəfə Keynin adını qələbə qolunun və ya het-trikin müəllifi kimi görəndə ürəyim ağrıyır. Ancaq eyni zamanda düşünürəm: "Niyə “Mançester Yunayted” onunla keçən yay müqavilə bağlamadı?"

Qeyd edək ki, bu mövsüm Keyn bütün yarışlarda 16 oyun keçirib, 21 qol vurub və 7 məhsuldar ötürmə edib

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest