“Ailə mühitində işləmək sizə nəticələr əldə etməyə və ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmağa kömək edir. Bu, dünyanın ən böyük tarixi olan ən böyük klubudur. Burada əsl ailə ab-havası hökm sürür”.

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubu haqqında fikirlərini bildirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis “kral klubu”nu dünyanın güclüsü adlandırıb:
 
“Ailə mühitində işləmək sizə nəticələr əldə etməyə və ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmağa kömək edir. Bu, dünyanın ən böyük tarixi olan ən böyük klubudur. Burada əsl ailə ab-havası hökm sürür”.
 
Ançelotti daha əvvəl La Liqada hakimlərin məşqçilərə hörmət etmədiyini bildirmişdi.
 
Qeyd edək ki, 13 turdan sonra “Real” aktivindəki 32 xalla La Liqanın ikinci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest