Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, yığmamız seçmə mərhələ çərçivəsində doğma arenasında son görüşünü keçirib.
Canni de Byazinin yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda İsveçi qəbul edib. İsveçrəli qadın hakim Ester Ştaublinin idarə edəcəyi qarşılaşma saat 21:00-da start götürüb. Azərbaycan yığması görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, Canni de Byazinin komandası seçmə mərhələdə son görüşünü noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcək.
AVRO-2024
Seçmə mərhələ
16 noyabr
21:00. Azərbaycan - İsveç 3:0
Qol: Emin Mahmudov, 3; 89 - Renat Dadaşov, 6
Baş hakim: Ester Ştaubli (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Rəşad Əzizov, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Turan Manafov, 14. Eddi İsrafilov, 15. Amin Seydiyev, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Nəriman Axundzadə, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
İsveç: 1. Robin Olsen, 3. Viktor Lindelöf (k), 4. Filip Helander, 9. Yens Kayuste, 10. Emil Forsberq, 13. Ken Sema, 14. Linus Valkfist, 17. Viktor Qyökeres, 18. Samuel Qustafson, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski.
Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 2. Emil Kraft, 5. İsak Hin, 6. Niklas Hult, 7. Viktor Klaesson, 8. Albin Ekdal, 11. Markus Roden, 15. Karl Starfelt, 16. Huqo Larsson, 20. Kristoffer Olsson, 22. Robin Kayson.
Baş məşqçi: Yanne Andersson.