“Milan”ın müdafiəçisi Alessandro Florenzi qeyri-qanuni mərc oynamaqda ittiham olunur. Matc.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib.
 
Onun sözlərinə görə, Turin prokurorluğu 32 yaşlı yarımmüdafiəçini şübhəli şəxs qismində reyestrə daxil edib, onunla bağlı araşdırma aparır. İtaliya millisinin sabiq üzvünü diskvalifikasiya gözləyir.
 
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali oxşar ittihamlara görə artıq cəzalandırılıb. O, qarşıdan gələn Avropa çempionatı da daxil olmaqla 12 ay futboldan ayrı düşəcək.
 
Qeyd edək ki, Alessandro Florenzi bu mövsüm “Milan”ın heyətində 13 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest