Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo və Əlcəzair yığmasının üzvü Yasin Brahimi yeni layihəyə start verib. Matc.az xəbər verir ki, onlar bu yolla həvəskar gənc futbolçuların peşəkar klublarla əlaqə saxlamasına kömək edəcəklər.
 
“FootSider” adlı kampaniyaya qoşulacaq həvəskar futbolçular peşəkar futbola keçid edə biləcəklər.
 
Brahimi bununla bağlı açıqlama verib: “Mən həmişə peşəkar təlim mərkəzlərində olduğum üçün şanslı idim. Lakin çox sayda böyük istedadlar diqqətdən kənarda qaldı və peşəkar olmaq imkanı əldə edə bilmədi”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest