“Azərbaycanla oyunöncəsi Serbiya üzərində qələbə özünəinam baxımından önəmli idi”. Matc.az xəbər verir ki, bunu Belçika millisinin yarımmüdafiəçisi Artur Vermeren deyib.
 
18 yaşlı oyunçu Serbiyanı 1:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşünün AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla oyunöncəsi onlara motivasiya verdiyini söyləyib: “Serbiya ilə matç Azərbaycanla görüşə yaxşı hazırlıq oldu. İndi məqsədimiz qrupu birinci yerdə tamamlamaqdı. Bunun üçün də Azərbaycanı məğlub etməliyik”.
 
Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest