16 Noyabr 2023, 12:26
FUTBOL
“İnter”lə müqaviləni uzatmaq üçün danışıqlar aparırıq. Əminəm ki, əldə olunan razılaşma hər iki tərəfi qane edəcək”
“İnter”in hücumçusu Lautaro Martines gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Argentina millisinin üzvü hazırkı komandasında qalmağı planlaşdırır.
Artıq tərəflər arasında yeni müqavilə məsələsi müzakirə olunur. Danışıqların tezliklə müsbət yekunlaşması gözlənilir. 26 yaşlı oyunçu İngiltərədən təkliflər alsa da, karyerasını hazırkı klubunda davam etdirməyi üstün tutur.
Oyunçunun meneceri Alexandro Kamano da məlumatı təsdiqləyib: “İnter”lə müqaviləni uzatmaq üçün danışıqlar aparırıq. Əminəm ki, əldə olunan razılaşma hər iki tərəfi qane edəcək”.
Qeyd edək ki, argentinalının “neradzurra” ilə hazırkı sözləşməsi 2026-cı ilin yayına qədərdi.