16 Noyabr 2023, 13:01
FUTBOL
“Barselona”nın hücumçusu Ferran Torres yenidən İngiltərəyə qayıda bilər. Matc.az xəbər verir ki, “Nyukasl” 23 yaşlı forvardın keçidində maraqlıdı.
Premyer Liqa təmsilçisi qış fasiləsində bu transferi reallaşdırmağa çalışacaq. Həmçinin İspaniya nəhəngi də milli üzvünü sərfəli təklif qarşılığında satmağa razıdı. Çünki baş məşqçi Xavi onun performansından narazıdı. Bu mövsüm 16 oyunda 5 qol vuran Torres hazırda əsas heyətə düşməkdə çətinlik çəkir.
Qeyd edək ki, “Barselona” Ferran Torresi “Mançester Siti”dən transfer etmişdi.