16 Noyabr 2023, 13:32
FUTBOL
“Tuluza”nın hücumçusu Tiys Dallinqa Niderland millisindən gələn zəngi necə qaçırdığını açıqlayıb. Matc.az xəbər verir ki, 23 yaşlı forvard ilk dəfə yığmaya çağırılıb.
O, dəvət zamanı video oyun oynadığını bildirib: “Zəngi qaçırdım, çünki konsolda oynayırdım. Öz-özümə dedim ki, geri zəng etməliyəm və o zaman xoş xəbəri bildim. Bir gün Niderland millisinə qoşulmaq uşaqlıq arzum idi”.
Qeyd edək ki, Niderland millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 18-də İrlandiya, 21-də isə Cəbəllütariqlə qarşılaşacaq.