“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun qonşuları onun malikanəsinin tikintisindən narazıdılar. Matc.az xəbər verir ki, Portuqaliyada inşa edilən malikanə ölkənin ən bahalı evi sayılır və tikintisi yalnız gələn il başa çatacaq.
 
Villa Lissabondan təxminən 20 dəqiqəlik məsafədə, Kaşkayşda tikilir və 22 milyon dollara başa gəldiyi təxmin edilir.
 
Layihədə mənzərəyə baxan nəhəng şüşə divarlarla örtülmüş dörd mərtəbə göstərilir. Orada kinoteatr otağı, xidmət sahəsi, idman zalı, tennis kortu və Ronaldoya məxsus 20-dən çox dəbdəbəli avtomobili saxlamaq üçün iki qaraj olacaq.
 
Ancaq sakinlər bu tikintidən narazıdılar. Onlardan biri “Marca”ya açıqlamasında vəziyyətdən təngə gəldiklərin bildirib: “Üç il tikinti işləri aparıldı.
 
Ev o qədər böyükdür ki, xəstəxanaya oxşayır. Aylardır küçəmiz kəsilib, bağımız tozla dolub. Hamısı da bu villadakı tikinti ilə əlaqədardı. Evin tikintisi ən azı bir il davam edəcək. Biz artıq bezmişik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest