16 Noyabr 2023, 14:19
FUTBOL
“İnter”in hücumçusu Aleksis Sançes karyerasını MLS-də davam etdirə biləcəyini söyləyib. Matc.az xəbər verir ki, 34 yaşlı forvard özü bunda maraqlı olduğunu bildirib.
Sançes bir neçə təklif aldığını deyib: “Mən başqa mədəniyyəti sınamaq, başqa dil öyrənmək, ingilis dilimi təkmilləşdirmək, Los-Ancelesdə və ya Mayamidə yaşamaq istəyirəm”.
Hazırda isə onun xidmətində ən çox maraqlı olan klub “İnter Mayami”di. Bu keçid reallaşarsa, Sançes yenidən Lionel Messi ilə eyni komandada çıxış edəcək. Cütlük 2011-2014-cü illərdə “Barselona”da çiyin-çiyinə oynayıb.
Qeyd edək ki, Aleksis Sançes bu mövsüm “İnter”in heyətində A seriyasında 5 oyun keçirib.