"Mançester Siti”nin hücumçusu Erlinq Haalandın agenti Rafaela Pimenta norveçli futbolçu haqda danışıb.
Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Erlinq öz taleyinin yaradıcısıdır. Təkcə indi yox, həmişə elə olub. Amma biz klub və oyunçu hamımız eyni gəmidəyik. Belə şeyləri danışmaq və elə davranmaq lazımdır ki, hər kəs özünü yaxşı hiss etsin. Söz yox ki, Erlinq istədiyini edir. Erlinq həmişə onun üçün və hazırda "Mançester Siti" üçün olan klub üçün yaxşı olanı edir. Bütün tərəflər mübadilə etmək istədikdə, bu həyata keçiriləcək. Erlinq “Mən heç nə bilmirəm, gedirəm, əlvida” deyənlərdən deyil. Bu baş verməyəcək. Çünki hörmət hər şeydən əvvəl gəlir. Əgər ona hörmətlə yanaşsalar, o da eyni cür cavab verəcək".
Qeyd edək ki, 23 yaşlı Haalandın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 180 milyon avro qiymətləndirir.