Dünyanın bir nömrəli raketka ustası İqa Sviatek və "Barselona"nın hücumçusu Robert Levandovski Polşada ilin idmançısı adına namizəd olublar.

Matc.az xəbər verir ki, mükafat uğrunda tennisçilər Hubert Hurkaç və Maqda Linett, “Lokomotiv-Kuban” və “Zenit”in keçmiş basketbolçuları Mateuş Ponitka və digər idman növlərinin nümayəndələri də daxil olmaqla ümumilikdə 20 idmançı mübarizə aparır.

22 yaşlı Sviatek 2023-cü ildə "Rolan Qarros" və WTA finalları da daxil olmaqla 6 kubok qazanıb və eyni zamanda mövsümü dünyanın 1-ci raketkasi kimi başa vurub. Levandovski "Barselona"nın tərkibində 2022-2023 mövsümündə İspaniya çempionu və İspaniya Superkubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest