İngiltərə millisinin əfsanəvi kapitanı, hazırda MLS-də "İnter" klubunun həmsahibi Devid Bekhem hesab edir ki, Lionel Messinin öz klubuna gəlişi həm ABŞ, həm də futbol liqası üçün hədiyyədir.
Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: "Şəxsən mən hələ də Messinin "İnter"də oynadığına inanmaqda çətinlik çəkirəm. Biz həmişə bilirdik ki, Leonun təkcə Mayamiyə deyil, ABŞ-a köçməsi bütün Amerika və MLS üçün bir hədiyyədir. Onun kimi oyunçular oyunu dəyişir. Onun kimi insanlar gələcək nəsil oyunçularını ruhlandırır. Təbii ki, biz kuboklar qazanmaq istəyirik. Əlbəttə ki, MLS-in ən yaxşı komandası olmaq istəyirik. Lakin Leonu əldə etməyimizin səbəblərindən biri ABŞ-da gələcək nəsil oyunçuları ruhlandırmaqdı".
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin iyulunda "İnter"ə keçub. 36 yaşlı argentinalı Amerika klubunda keçirdiyi 14 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.