"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç keçmiş "Barselona"dakı komanda yoldaşları Lionel Messi, Serxio Buskets və Jordi Albanın çıxış etdiyi "İnter"ə mümkün keçidi ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, oyunçu bu barədə şəxsi hesabında paylaşım edib: “Bu baş verə bilər, amma düşünürəm ki, o, burada qalacaq. Müqavilənin 2 il müddətinə uzadılması ilə bağlı şifahi razılığın olduğu güman edilir. Görək bundan sonra nə olacaq. Amma ümid edirəm ki, xorvat qalacaq”.

Rakitiç bunları sosial şəbəkədə zarafatla 3-cü şəxsdə özünü nəzərdə tutaraq yazıb.

Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçinin "Sevilya" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Rakitiç bütün turnirlərdə 16 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest