Məşhur müğənni Şakira "Barselona"nın keçmiş futbolçusu Xerard Pikedən ayrıldıqdan sonra öyrəndiklərini danışıb.
 
Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Öyrəndiyim ən böyük dərs, əslində olduğumdan daha kövrək olduğumu gördüm. Başa düşdüm ki, insanlar böyük dözümlüdürlər və hər şeyin öhdəsindən gələ bilərlər. Mən də başa düşdüm ki, dostluq sevgidən daha uzun sürür. Övladlarıma ötürə biləcəyim ən yaxşı təcrübə odur ki, onların da mənim üçün olduğu kimi gələcəkdə onlara emosional dəstək olacaq yaxşı dostları olmalıdır”.
 
Qeyd edək ki, Şakira və Pike 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest