16 Noyabr 2023, 22:42
FUTBOL
Xorvatiya millisinin sabiq hücumçusu Boşko Balaban övladına aliment ödəmədiyi üçün həbs cəzası alıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 45 yaşlı Balaban 2017-ci ildə İva Radiçdən boşandıqdan sonra üç uşağına aliment ödəməyib. 2021-ci ildə məhkəmə onu 4 il sınaq müddəti olmaqla bir il şərti həbs cəzasına məhkum edib və keçmiş həyat yoldaşına 80 min avro ödəməyə qərar verib. Görüş zamanı Balaban futbolçu karyerasını başa vurduğuna və artıq yüksək gəlir əldə etmədiyinə toxunub. Bununla belə, yerli mətbuatın yazdığına görə, Balabanın Xorvatiyada kommersiya mülkləri olub və məhkəmə prosesi başlayandan sonra o, işlərini Bosniya və Herseqovinaya köçürüb. Məhkəmənin qərarına əməl etməyən Balaban əsl həbs cəzası aldıb. 2024-cü ilin əvvəlində bir il müddətinə həbsxanaya göndəriləcək.
Qeyd edək ki, Balaban "Brügge", "Panionis", "Dinamo Zaqreb", "Aston Villa" və "Riyeka"da çıxış edib. Onun Xorvatiya millisində 35 oyunda 10 qolu var.