17 Noyabr 2023, 01:55
FUTBOL
Səudiyyə Ərəbistanının neft şirkəti "Aramco" FİFA ilə böyük sponsorluq müqaviləsi imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Sözləşmə 2024-cü ilə qədər qüvvədə olacaq və ildə 100 milyon dollara qədər ödənişləri əhatə edəcək. Bu sövdələşmə Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu alacağı xəbəri ilə bağlıdır. Tərəflər arasında danışıqlar qabaqcıl mərhələdədir. Müqavilə bağlanarsa "Aramco" FİFA-nın ən böyük sponsoru olacaq. "Aramco" artıq "Formula 1" və kriket liqaları ilə əməkdaşlıq edir.
Qeyd edək ki, 2022-ci ildə "Aramco"nun mənfəəti 159,3 milyard dollar olub.