"Rəqib matçın əvvəlində asanlıqla iki qol vurdu. Bundan sonra geridönüş etmək çətindir. Belçika və Avstriya ilə görüşlərdə də mübarizə aparmışdılar"
Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
Matc.az xəbər verir ki, yığmamız seçmə mərhələ çərçivəsində doğma arenasında son görüşünü keçirib.
Kollektiv İsveç üzərində inamlı qələbə qazaznıb – 3:0. Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Yanne Andersson mətbuat konfransında iştirak edib: "Qapımızda gördüyümüz üçüncü qol çox yaxşı idi. Rəqibi təbrik edirəm. Rəqib matçın əvvəlində asanlıqla iki qol vurdu. Bundan sonra geridönüş etmək çətindir. Belçika və Avstriya ilə görüşlərdə də mübarizə aparmışdılar. Onlar qələbəyə layiq idilər. Mən isə məyusam".