17 Noyabr 2023, 11:21
FUTBOL
AVRO-2024-ün seçmə mərhələsində Lixtenşteynlə səfər oyununda fərqlənən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo daha bir rekorda imza atıb. Matc.az xəbər verir ki, o, cari seçmə mərhələdə ümumi qollarının sayını 10-a çatdırıb.
Ronaldo bununla millinin heyətində 38 yaşında 10 dəfə fərqlənən ilk futbolçu kimi tarixə düşüb. Superulduz həm də cari tsiklin bombardiri olan belçikalı Romelu Lukakuya çatıb.
Bundan başqa, Ronaldo 2023-cü ildə 46-cı qolunu vurub. O, bu göstəriciyə görə üçüncü sıradadı. Bu baxımdan lider aktivində 48 qol olan norveçli Erlinq Halanddı. İngiltərəli forvard Harri Keyn isə bu il 47 dəfə fərqlənib.