“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinin heyətində növbəti oyunu keçiriblər. Matc.az xəbər verir ki, onlar Litva ilə ev matçında iştirak ediblər.
 
Monteneqronun 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər iki Marko start heyətində meydana çıxıb. Veşoviç 90 dəqiqə mübarizə aparıbsa, Yankoviç 79-cu dəqiqədə əvəzlənib.
 
G qrupunda yer alan Monteneqro yığması 11 xalla 3-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest