21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komanda bu gün yoxlama görüşündə qüvvəsini sınayacaq.
 
Samir Əliyevin yetirmələri Bakıdakı təlim-məşq toplanışı çərçivəsində Latviya ilə qarşılaşacaq. “Dalğa Arena”da təşkil olunacaq matç saat 18:00-da başlayacaq.
 
Görüşün hakimləri də məlumdu. Matçı Əkbər Əhmədov idarə edəcək. Orxan İbişov və Rasim Axundov ona köməklik göstərəcəklər. Dördüncü hakim isə Şamil İmanzadə olacaq.
 
Qeyd edək ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu noyabrın 21-də Ukraynaya qarşı keçirəcək. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest